Çiyələkli Tiramisu ( videolu izah ilə ) (Strawberry Tiramisu)


İncə, zərif, ecazkar görünüşlü Çiyələkli Tiramisu... 

Лёгкий итальянский десерт Тирамису с клубничным соусом. Я приготовила по неклассическому рецепту, без сырых яиц.

İtalyan mətbəxinin ən məhşur, ən sevilən deserti - Tiramisu. Buludlar kimi yüngül və həfif.
Ancaq mən sizlərə klassik Tiramisu deyil, çiyələkli Tiramisu təqdim edirəm. Klassik Tiramisunun kremi çiy yumurta ilə düzəldilir. Bir çox insan bundan ehtiyat edir. Ona görə mən sizə klassik tərifdən fərqlisini təqdim ediriəm - çiy yumurtasız.


Həm indi mənim ən sevdiyim giləmeyvə olan çiyələmin mövsumudur (onu kim sevmirki ? ))) ), bir yemək bloqeri olaraq bu fürsəti qaçıra bilməzdim - çiyələk desrtlərə çox yaraşır ! ))

Çiyələk desertlərə həm xoş meyxoşluq, ətir verir, həm bir bəzək kimi desertlərin üstündə çox effektli görsənir.


Tiramisu üçün ilk olaraq Savoyardi qurabiyəsi lazımdır. Bu qurabiyəyə eyni zamanda Qadın barmaqları da (Ledyfinger) deyilir.
Savoyardi qurabiyəsi olmadan Tiramisu olmaz. Şəhərimizin bir çox marketlərində bu qurabiyələri tapmaq olar.

Çiyələkli tiramisu üçün ilk öncə sous hazırlamaq lazımdır. Çiyələkli sous. Bu sousa biz Savoyardi qurabiyələrini batırıb isladacayıq.

Какой Тирамису без Савоярди ? Это небольшие бисквитные палочки, их ещё называют Дамские палочки (Ledyfinger)
Вы можете приобрести их в крупных маркетах.


Çiyələkli sous üçün lazım olan ərzaqlar :
 yarım portağalın suyu
 100 qr çiyələk 

qeyd : portağalı limon suyu ilə də əvəz etmək olar. Portağal suyu bu sousda çiyələyin yoğun dadını biraz həfiflətmək üçündür.

Для начала необходимо приготовить клубничный соус, в который мы будем окунать бисквитные печенья.
Для соуса нам необходимо измельчить в блендере 100 гр клубники, очищенной от плодоножек вместе с соком половины апельсина или лимона.


Çiyələkləri təmizləmək və ortadan 2-3 yerə bölmək.


Yarım portağalın suyunu çəkmək.


Çiyələkləri və portağal suyunu blendarın (parçalayıcı)  kasasına tökmək və blendarı işlədərək ərzaqları əzmə halına salmaq.


Alınan əzməni başqa bir qaba tökmək və kənara goymaq.


İndi isə krem hazırlayaq.
Krem üçün lazım olan ərzaqlar :
200-220 qr maskarpone pendiri
1 stakan qaymaq yağlılığı 30-33%
5 yemək qaşığı şəkər kirşanı ( diqqət : kirşanı şəkər tozu ilə əvəz etməyin ! )

Dərin qabın içinə maskarpone pendiri, süd və şəkər kirşanını goyub mikserlə çalmaq.

Теперь готовим крем. Для этого нам понадобится :
200 гр маскарпоне
1 ст. сливок жирностью 30-33 %
5 ст.л. сахарной пудры
Положите все ингредиенты в глубокую посуду и взбейте миксером в течении примерно 3-4 мин, пока не увидете что крем схватился.


Təxminən 3-4 dəq sonra krem özünü tutur və hazır olur.


Tiramisunu təqdim edəcəyiniz qabın dibinə biraz krem goyun. Səliqəli görsənsin diyə mən kremi konditer şpritsinin içinə tökdüm.
Ancaq bu mütləq deyil, yoxdursa, qaşıq ilə goyun və səliqəli qabın dibinə yaxmalayın. Çalışın işinizi səliqəli təmiz tutasız, bu desertdə məhz zahiri görünüş çox önəmlidir.

Собственно все приготовления мы закончили, теперь "собираем" сам десерт.
 Для этого на дно посуды, в которой будете подавать Тирамису, положить немного крема и распределить его равномерным тонким слоем по дну. 
Я переложила крем в кулинарный шприц, так и равномерно можно распределить крем, да и эффектнее смотрится.


Savoyardi qurabiyəsini çiyələkli sousa 1 saniyəlik tam hərtərifini bulayın və kremin üstündən düzün. 1saniyədən artıq saxlamayın, sonra qurabiyələr hələ kremin içində də qalıb yumuşalacaqlar.
Çalışın qurabiyələri sıx-sıx düzün, qurabiyə az, krem isə çox olanda adamı "vurur" )))

Окунаем печенья в клубничный соус на 1 секунду и выкладываем поверх крема плотно друг к другу.


Qurabiyənin üstündən krem vurun.


Beləliklə siz istədiyiniz qədər mərtəbə edə bilərsiz, ancaq unutmayın ki, desert tutumludur.
Mən iki mərtəbəli etdim deserti, yəni iki lay qurabiyə.
Ancaq təqdim etdiyiniz qabı da nəzərə almaq lazımdır. Çox hündür qabın içndə az "mərtəbəli" desert qabın dibində qalacaq, ortalığa heç də xoş görüntü mıxmayacaq.


Ən son mərtəbə krem olmalıdır. Bu halı ilə desertin üstünü streç ilə kip örtün və 20-30 dəq soyuducuya göndərin. Demək olarki Tiramisu hazırıdır.


Tiramisunu təqdim edərkən üstünü çiyələk ilə bəzəyin. Məndə çiyələkli sousda qalmışdı, mən onu da desertin üstündən tökmək üçün ayrıca kiçik bir qabda təqdim etdim, istəyən sousdan Tiramisunun üstünə töküb yesin diyə.

"Əməliyyat" daha da aydın olsun diyə, sizə bu tərifin videosunu təqdim edirəm

Подобным образом собираем ещё один "этаж".  Верх десерта украшаем кремом. Десерт готов.
Если останется немного соуса, можно подать его вместе с десертом или полить им, но перед самой подачей.
Настоятельно рекомендую охладить Тирамису перед подачей в холодильнике, обернув посуду стречем,  так он будет вкуснее, да и печенья пропитаются кремом.
Для наглядности можете посмотреть видео процесса.

video

 Tiramisu sözü  italyancadan tərcümədə "məni  ucalt, qaldır" deməkdir. Sizcə bu Çiyələkli Tiramisu sizi göylərə, səmalara, buludlara ucaldarmı ? )))

qeyd : məqalədə və ümumiyyətlə bloqumda qırmız rəngli sözlər linklidir, yəni onların üstünə basaraq siz avtomatik WikipediA' ya və ya başqa məlumat daşıyan səhifəyə yönləndirilirsiz.

В переводе с итальянского тирамису означает "подними меня, возвысь меня". Ну как, при посмотре  вам захотелось подняться до облаков ?)))

метка : все слова, обозначенные красным цветом, ссылочные, т.е. нажав на это слово, вы автоматически переходите на страницу Википедии или на др. страницу, несущую информацию.

Hiç yorum yok:

Yorum Gönder