Yumurtasız Tiramisu (Marta Stüartdan) (Easy Tiramisu from Marta Stewart)


Klassik italyan şirniyyatı Tiramisu 
Tərkibində çiy yumurta olduğundan, bir çoxları onu yeməyə və evdə bişirməyə ehtiyat edir. Sizə məhşur amerikan biznes qadını, teleşou aparıcısı Marta Stüartan ( onun haqqında ətraflı məlumatı burda oxuya bilərsiz ) yumurtasız Tiramisu təqdim edirəm.
İnanın ki, klassik ən'ənəvi Tiramisu tərifindən kənara çıxdığınız üçün heç də peşiman olmayacaqsız, dadlı olmağına 100% zəmanət verirəm)))
Bəli, ən'ənvi Tiramisunun kremi çiy yumurta ilə düzəldilir. Zamanında bloqumda o klassik Tiramisunu da paylaşacam, indi isə Yumurtasız Tiramisu

Sizləri Marta Stüartın tərifləri ilə tanış etməyə davam edirəm. Martanın çox sayda asan başa gələn tərifləri var. Mən qəsdən asan təriflər seçirəm, bizim marketlərdə tapıla bilən ərzaqları nəzərə alaraq. Tak şto qədrimi bilin:)))
Orijinal tərif burdadır, Martanın şəxsi səhifəsində. Mənbədə göstərilir ki , bu Asan Tiramisu tərifidir (Easy Tiramisu ). Doğrudan da belədir, klassik Tiramisuya maskarpone pendiri, çiy yumurta istifadə olunur, düzəlişi də nisbətən vaxt aparır.

Bu tərif isə həm asandır, həm çiy yumurta məsələsi yoxdur, həm bahalı maskarpone yox, onun biraz ucuz "qohumu" ilə əvəz etmək olur.

 Asan olsun diyə, mən amerikan ölçülərini bizim alışdığımız ölçülərə çevirmişəm.


Lazım olan ərzaqlar şəkildədir, özüm qəsdən ərzaqların marka adlarını silmədim ki (adətən silirəm pulsuz reklam olmasın diyə:))) ), sizə aydın və asan olsun.


Tiramisu desertini Savoyardi qurabiyəsi ilə düzəldilir, bu qurabiyə olmadan Tiramisunun adını belə çəkməyin))) Bunlara çox vaxt Qadın barmaqları qurabiyəsi də deyirlər, bütün marketlərdə satılır, sadəcə yaxşı baxmaq və axtarmaq lazımdır, 4 gözlə))) Sayını yazmıram, siz özünüz baxacaqsız, krem nə qədər imkan verəcəksə, o qədər də qurabiyə lazım olacaq.

225 qr pendir kremi (mən Hohland istifadə etdim). Onun bir kiçik qutusu 140 qr, demək bizə 2 qutu lazımdır və bir qutudan 2 yemək qaşığı istifadə olunmayacaq ( onu saxlayın qutunun içində, səhər çörəyin üstünə çəkib şirin çayla yeyərsiz smetan əvəzi)))

3/4 stakan qaymaq yağlılığı mütləq 32-33% olmalıdır (3/4 yəni 1 stakandan 1 barmaq az)

3 yemək qaşığı espresso kofe ( mən gördüyünüz kimi 1 paket Neskafe istifadə etdim, evdə olandan, 3 qaşıq kofe üçün marketə qaçmayacaqdım ki )))

3/4 stakan şəkər kirşanı (mütləq kirşanı, şəkər tozu deyil !!! ) (mən 5 dolu yemək qaşığı götürdüm, day stakanla ölçmədim)) yerində oldu, nə oyan, nə bu yan:)))

kakao tozu şirniyyatın üstünə sətmək üçün. Burda bir vacib məqamı diqqətinizə çatdırıram : mütləq tərkibində şəkər OLMAYAN kakao alın !!! Bu məsləhətimi qulaq ardına vurmayın,yoxsa deserti korlayacaqsız. Təssəvvür edin : həm qurabiyələr şirin, həm krem şirin. Kakao da şirin olsa, bu day ağ olacaq. Şəkərsiz kakao desertin şirniliyini tənzimləməlidir.
Şəkildə gördüyünüz kakao şəkərsizdir, həm də keyfiyyətlidir, gəşəng şokolad dadı verir.

Ümumiyyətlə çalışın Rusiya istehsalı olan kakao almayın, onların tərkibində çox vaxt şəkər olur.


Bir qabın içinə 3y.q. kofe tökün.
P.S. mən istifadə etdiyim Neskafenin içində cəmi cümlətani yarım qaşıq kofe var idi.Əsas odur kofe olsun)))


Bunun içinə 3y.q. qaynar su tökün və yaxşıca qarışdırın.


Sonra bura yarım stakan soyuq su tхkün, qarışdırın və goyun kənara. Bu kofenin içшnə sonra biz qurabiyələri batıracayıq.


İndi isə kremi hazırlayaq. Diqqət !!! Kremin ərzaqları eyni t° olmalıdır ! Mən 20 dəq öncə həm qaymağı, həm pendir kremini soyuducudan çıxartdım.
Bunları tökün dərin bir qaba. Şəkər kirşanını da əlavə edin.


Mikser ilə çalın. Çox çalmağa gərək olmayacaq, 2-3 dəq sonra görəcəksiz ki, krem artıq alındı, özünü tutdu, krem krem halına döndü)))
P.S. mən bu kremin dadını çoooxx bəyəndim)))
P.S.P.S. dərin qab götürün ki, çalanda krem sifətinizə sıçramasın)))

Əsas iş bitdi, indi başlayırıq deserti yığımağa.


Əvvəldən qərar verin ki, bu deserti necə təqdim edəcəksiz, hansı qabda. Böyük bir qabda da təqdim etmək olar, sonra da qaşıq ilə bir-bir desert boşqablara çəkmək, dolma kimi)))

Ancaq bu desert məhz kiçik adambaşı qablarda çox effektli və gözəl görsənir, həm onda artıq - urtuq qalmır, hər kəs öz payını yeyir, çəkilir qırağa)))

Mən şəkildə gördüyünüz kiçik dondurma qabalrda təqdim etməyə məsləhət görürəm. Qablar bir çox böyük marketlərdə var, sonra siz onları başqa təqdimatlar üçün də istifadə edə bilərsiz - dondurma, pudinq, muss. Hətta mürəbbə də qoya bilırsiz.

Demək hər qabın dibinə 1yemək qaşığı krem qoyun. Kremi əvvəldən soyuducuya goymaq, soyutmaq lazım deyil, sonra birdəfəlik hazır deserti soyudacayıq.

Əgər böyük qabda düzəldirsizsə, onda qabın dibinə hardasa yarım sm qalınlığında krem çəkin.


İndi isə kremin üstünə qurabiyələri qoyacayıq. Hər qurabiyəni əvvəldən hazırladığımız kofenin içinə 1-2 saniyəlik batırın və kremin üstündəm goyun.


Mənim qablarım kiçik olduğundan, mən bir qurabiyəni ortadan iki bölüb, yan-yan düzdüm kremin üstündən.


Üstündən 1 qaşıq krem goyun və qurabiyələrin üstündən yaxmalayın.


Kremin üstündən birdə qurabiyələri iki bölüb, kofeyə batırıb, düzdüm yan-yan.
Siz istədiyiniz hündürlükdə düzəldə bilərsiz, mən elə 2 mərtəbəlik düzəltdim. Məncə elə 2 mərtəbə bəsdir, desert doyumludur, tez tutur adamı.
Ən son qurabiyənin üstündən birdə krem tökdüm, qaşıqla yaxmaladım.

Qeyd: bu qablarda 4 dənə tiramisu payı alındı. Kremi biraz qıssaydım, 5-ci də alınardı. Yəni təxmini də olsa ölçüləri deyirəm ki, biləsiz. 

Artıq Tiramisu desertiçiz hazırdır. Qalır üstünə kakao tökmək. Məsləhət görürəm ki, kakaonu ən son anda, yəni süfrəyə təqdim edən anda səpəsiz.
Qabları streç ilə kip sarın və soyuducuya 30 dəq göndərin ki, soyusun, onda daha ləzzətli olur. Streçi kip sarmalayın ki, soyuducudakı qoxular desertə hopmasın.


Ən son kakaonu narın gözlü ələkdən səpin desertin üstünə. Necədir Tiramisu ? ))) 

Hiç yorum yok:

Yorum Gönder