Yalançı qat-qat xəmir (döymə xəmir)


Ev şəraitində əsl qat-qat xəmiri düzəltmək biraz uzun dərədir.
Odur ki sizə yalançı qat-qat - döymə xəmir tərifi təqdim edirəm. Əsl qat-qat xəmirindən fərqli olaraq daha tez başa gəlir

Əlbəttə əls qat-qat xəmirinin yerini heç nə verməz, ancaq təqdim edəcəyim bu yalançı qat-qat xəmiri ilə bişirilən bükmə və şirniyyatlar heç də pis alınmır

Dəfələrlə müxtəlif ölçülər ilə sınaqdan keçirərək, indi sizə təqdim edəcəyim ölçülərin tam dəqiq və düzgün olduğuna qərar vermişəm.


Baxın, şəkildə gördüünüz bükmə (içi pendirlidir) yalançı qat-qat xəmirindən bişirilibdi. Qatlarını görürsüz ? Hələ bu xəmir cəmi bir dəfə qatlanıb, bunu qayda ilə 3 dəfə qatlasaydım, qatları daha hündür olacaqdır


Bu da xəmirin çiy halı. Gördüyünz kimi xəmirdə qatlar çox aydın bilinir. Necədir ? Qat-qat xəmirə bənzəyir ya yox ?)))

Yalançı qat-qat xəmir üçün lazım olan ərzaqalr :
2 stakan un
100 qr bərk soyuq kərə yağı
1 çay qaşığı qabartma tozu
0,5 stakan soyuq süd
1 yumurta
0,5 çay qaşığı duz
1 çay qaşığı şəkər

xəmiri açmaq üçün əlavə un

*bütün ərzaqlar soyuq olmalıdır


Əvvəl soyuq (hətta deyərdim buz kimi soyuq) südün içinə bir yumurta qırın və çəngəl ilə biraz çalın ki, yumurta açılsın.





Ələyin içinə un, qabartma tozu və duzu tökün, bunları birbaşa ələyin masanın üstünə, yada dərin bir qaba, ləyənə



Buzluqdan bərkimiş yağı çıxardıb, unun üstünə rəndənin iri gözündən rəndələyin.



Enli bıçaqla cəld hərəkətlərlə yağı "döyməyə" başlayın, yəni bıçaq ilə yağı vurun ki, xırdalansın və eyni zamanda una qarışsın, buna deyirlər yağı una yedizdirmək.
Yağ tam soyuq olmalıdır ki, onu "döydüyünüz" zaman yumuşalmasın, əriməsin.



Nəticə belə alınmalıdır - sahildəki nəmli qum kimi, unun içində xırda yağ topları. Unun bu halına deyilrər umac.
Ancaq bu işi cəld etmək lazımdır ki, yağ yumuşalmasın.



İndi umacın ortasında çuxur açın və əvvəldən hazırladığınız yumurtalı südü soyuducudan çıxardıb, yavaş-yavaş tökün o çuxura.

Tökdükcə  bir çəngəl ilə ortadan başlayın qarışdırmağa. Südü az-az tökün ki, kənara daşmasın.
Gördünüz ki, südün çoxu una yeyildi, başlayın əlinizlə xəmiri toplamağa.

Məhz toplamağa, yoğurmağa deyil ! Bu xəmir əsla yoğurulmur, ancaq iki əlinizlə onu toplayaraq, yumru top halına salın, yığın.


Ən sonunda bir-iki dəfə xəmiri yoğura bilərsiz ki, xəmir tam yığılsın. Şəkildə xəmirin hazır halıdır.
Unun keyfiyyətindən asılı olaraq, nəticə hər zaman eyni olmaya bilər. Baxın, xəmri yığılmırsa, onda  bir damcı süd ya su qatmaq lazım olacaq, yox əgər çox nəmlidirsə, onsa  biraz un əlavə edin.
Xəmir çox nəmli olmamalıdır, ələ yapışmamalıdır.



Xəmiri biraz əlinizlə yastılayın və streçə büküb, 30-40 dəq soyuducuya göndərin (işiniz tez getsin diyə 10 dəq buzluqda saxlaya bilərsiz).
Əslində xəmir hazırıdır və onu istifadə etmək olar. Ancaq əgər istəyirisz ki, bişirdiyiniz bükmələr havalı və hündür qatlar ilə olsun, o zaman gerisini oxuyun



Xəmiri soyuducudan çıxardın, unlayın və oxloynan nazik açın.




Sonra xəmiri zərf kimi bükün. Əvvəl iki qıraqlarını bir-birinin üstünə gətirin, sonra isə...



 ... o biri qıraqlarını. Zərf yox ey, balış oldu:)
Bu halda yenə streçə büküb. göndərin 30 dəq soyuducuya.



Sonra isə xəmiri çıxardıb, başına istədiyiniz oyunu aça bilərsiz:)


Mən bu səfər içi pendirli bükmə hazırladım.



Xəmiri açdım, iri dördbucaql şəklində kəsdim, qıraqlara yumurta çəkdim ki, bişəndə sobanın içində bükmələr açılmasın , və ortaya içlik qoyaraq, bükdüm. Qıraqları isə barmaqlarımla bərk basdım.


Bükmələri əvvəldən 200t isidilmiş sobada üstü qızaranadək bişirdim (soba mütləq isti olmalıdır ! )

Bloqumda başqa çərəz təriflərinə baxmaq üçün bura basın

2 yorum:

  1. Nolar yalançı olanda esas odur dadı yaxşı olsun. 😊 Men neçe defe qat-qat xemir elemek istemişemse alınmayıb. Ya yağı cox olub yada ki qatları qalxmayıb. Ancaq bundan hazırlayacağam. Sağolun resepte göre.

    YanıtlaSil
    Yanıtlar
    1. :))) sizinlə razıyam, əsas dadı yaxşı olsun) sözün açığı əsl qat qat xəmiri hazırlamaya nə vaxtım var, nə hövsələm, döymə xəmir daha praktikdir))

      Sil