Şokolad damlalı amerikan qurabiyəsi (Chocolate chip cookies)


Dünyanın ən dadlı qurabiyəsi ! Və mənim ən çox sevdiyim qurabiyə ! )))



Əvvəl qeyd etmək istəyirəm ki,əsl amerikan qurabiyəsi qamış şəkəri ilə hazırlanır, ancaq az tapıldığı üçün, həm bizim mətbəxddə hələlik o qədərdə populyar olmadığı üçün mən idi ağ şəkərdən istifadə etdim

Şokolad damlalı amerikan qurabiyəsi üçün lazım olan ərzaqlar :
100 qr əridilmiş kərə yağı
1 stakandan 2 barmaq az şəkər
1 yumurta
0,5 çay qaşığı soda
1,5 stakan un
1 cimdik duz
1 stakandan 2 barmaq az şokolad damlaları

Qeyd: 
1. şokolad damlaları yoxdursa, adi qara şokoladı bıçaq ilə xırda parçalara bölün.
2. sodanı limon suyu və ya sirkə ilə "öldürməyə" gərək yoxdur, qorxmayın, sodanın dadı heç bilinməyəcək.



Dərin qabın üçünə əridilmiş ilıx (nə çox qaynar, nə çox soyuq) kərə yağı və şəkəri qoyub, mətbəx teli ilə 3-4 dəq yaxşıca çalın.


İçinə yumurtanı qırın və yenə 2-3 dəq yaxşı çalın. Çox çalmayın, qurabiyənin içində yumurta çox çalınanda, qurabiyə quru alınır.



Bax bu cür eyni məğzli məhlul alınmalıdır.



İndi ələyin içinə un, soda və duz qoyun, bunları birbaşa ələyin məhlulun içinə.



Qaşıq ilə qarışıdırn. Görəcəksiz, xəmir yığılacaqdır, ancaq çörək, bulki xəmiri kimi deyil, halva kimi  olmalıdır.
Hələlik əl ilə yoğurmaq lazım deyil, qaşıq ilə qarışdırın ki, biraz yığılsın - yetər.
Unun miqdarını qaçırtmayın, bu xəmir elə belə də olmalıdır.



Ən son şokolad damlalarını əlavə edin və əlinizlə bunları qarışdırın, demək olar ki, bir damcı xəmiri yoğuracaqsız ki, həm şokolad xəmirə qarışsın, həm xəmir özünü tutsun, yığılsın.

Unun keyfiyətindən, yumurtanın ölçüsündən asılı olaraq, ola bilsin xəmir tam yığılmasın, ələ yapışsın. Onda 1-2 yemək qaşığı un əlavə edin.



Çalışın xəmiri əlinizlə çox oynatmayın, yoğurmayın, əlinizin istisinə xəmir yağ verəcək.
Və bu bütün qurabiyə xəmirlərinə aiddir, çox yoğurnda, əlin istisinə xəmir yağ verir.


Xəmirdən iri qoz boyda parçalar ayırın, çox oynatmadan top halına salın və üstünü basmadan soba sinisinə düzün.



Siniyə düzərkən, biraz aralarda məsafə saxlayın ki, qurabiyələr bişəndə bir-birinə yapışmasın.



Qurabiyələri əvvəldən 160t isidilmiş sobya göndərin və 12-15 dəq bişirin. Şəkildə gördüyünz kimi, qurabiyələrin üstü çox qızarmamalıdır. Çalışın vaxtı qaçırmayın, ən uazğı 15 dəq artıq sobada saxlamayın.

Vaxt tamam olduqda, qurabiyələri çıxardın. Üstündən yavaşca basanda görəcəksiz ki, onlar tam bərkiməyib. Belə də olmalıdır. Sobadan çıxardıqdan sonra, soyuyaraq, onlar özlərini tutacaqalar.

Başqa qurabiyə təriflərinə baxmaq üçün bura basın

2 yorum:

  1. Çox vaxt qehveyi şeker tozundan da istifade edirler bu qurabiyeye ama men bilmirem bizim magazlarda var ya yox. Normal şekerle de siz hazırlamısınız coxda gözel görünür hazırlamağa deyer.

    YanıtlaSil
    Yanıtlar
    1. Xanım şərhinizi indi gördüm, bilmirəm nə səbəbdənsə elektorn ünvanıma xəbərdarlıq gəlməyib((
      Bəli, tamamilə doğru deyirsiz, bu qurabiyədə qəhvəyi qamış şəkərindən istifadə olunur (və marktlərimizdə artıq var), ancaq bilirəm ki, bir qurabiyə üçün hər adam durub marketdən bu şəkəri almayacaq, ona görə tərifdə bunu qy etmədim))
      Bloqunuza keçdim, bircə post olsada, amma səviyyəli iş olduğu göz qabağında. Sizə uğurlar !))

      Sil