Pərpətöyün (Puslane or Portulaca)



Azərbaycan mətbəxi bildiyimizdən daha çox zəngindir. Bir çox yeməklər kimi, unutduğumuz ərzaqlar, gidalar, otlar var. Onlarla sizi bloqumda ardıcıllıq ilə tanış edəcəm.
Bu gün söhbət Pərpətöyün  (söz linklidir, yəni üstünə basıb WikipediA' ya keçə bilərsiz) otundan gedəcək.
Çoxları bu otu ayağının altında bitən lazımsız bir alaq otu kimi tanıyır, ancaq pərpətöyün hədsiz dərəcədə xeyirli, faydalı otdur, çalışın onu tanıyıb, faydalarından yararlanasız. Hal hazırda (məqalə yazılır 29.05.2017) otun tam mövsümüdür.


Dünya mətbəxində pərpətöyünə :
türkcə -      semizotu
rusca -        портулак  (portulak)
ingiliscə -   purslane 
latınca -     portulaca oleracea deyilir

*qırmızı rəngli sözlər linklidir, üstünə basıb WikipediA' ya keçə bilərsiz

Yuxarıda qeyd etdiyim kimi, pərpətöyün ( bəzi vilayətlərimizdə ona pərpə dandur deyilir) olduqca faydalıdır. Nədir onun faydası ?

Pərpətöyün bir çox vitaminlərlə zəngindir, bunlardan insan sağlamlığı üçün ən xeyirlisi A, B1, B2 kimi vitaminlərin adını çəkmək kifayətdir.

Bundan başqa yenə insan sağlamlığı, orqanizması üçün mühüm əhəmiyyət kəsb edən omeqa 3, kalium və maqnezium kimi faydalı elementlərlə zəngindir.

Pərpətöyün qanı təmizləyir, qan laxtalanmasını tezləşdirir, şəkər xəstələrinin susuzluğunu yatızdırır, qanda qlükozanın səviyyəsini azaldır.

Böyrəkdə olan qum və daşalrı tökməkdə yardımçı kimi istifadə etmək olar, bağırsaqları yumuşaldır, həzmə kömək edir.

 Bu ot vasitəsi ilə bədəndə olan müxtəlif yaraları müalicə edirlər. Deyilənə görə bir insan yuxusuzluqdan əziyyət çəkərsə, o zaman pərpətöyün yeməyi məsləhət görülür.

Gördüyünüz kimi pərpətöyünün faydaları çoxdur, odurki nə qədər mövsumdur, onu mətbəxinizdə sıx-sıx istifadə edin !

Ancaq pərpətöyün hamilə qadınlar və hipertoniyadan əziyyət çəkənlər üçün zərəli ola bilər, buna diqqət edin !

P.S. unutmayın ki sağlamlığınızda hər hansı bir narahatçılıq varsa, ilk öıncə həkim muayinəsi və həkim məsləhəti olmalıdır.

Hiç yorum yok:

Yorum Gönder