Pandesal - filippin çörəyi (Pandesal Filippino bread buns)



Hər bir xalqın özünə məxsus çörək növü var - fransızlarda baqet, brioş, italyanlarda - fokaçça və s. 
Pandesal ispan mənşəli bir tərifdir, tərcüməsi duzlu çörək deməkdir, Filippin adalarında populyar çörək növüdür.
Ancaq mən ona duzlu deməzdim, hətta biraz şirintəhər dadı var.
Deyilə görə filippinlilər Pandesal çörək toplarını kofeyə batırıb yeməyə sevirlər.





 Pandesal üçün lazım olan ərzaqlar :
4 stakan un
1,5 stakan süd
2çay qaşığı quru maya
3 yemək qaşığı şəkər
70 qr yumuşaq kərə yağı
2 yumurta
1,5 çay qaşığı duz

üstünə səpmək üçün çörək ovuntusu


İlıq südün içinə şəkər və mayanı qoyub, qarışdırmaq. 10 dəq saxlamaq ki, maya acısın.


Ləyənə un ələmək, duzunu vurmaq və bunları yaxşıca qarışdırmaq




Unun ortasında çuxur açmaq, bura yumuşaq yağ və yumurtaları qoymaq



Mayalı südü az-az əlavə edərək, yumuşaq, ələ yapışmayan xəmir yoğurmaq






Üstünü streç ilə kip örtüb, 1 saat saxlamaq



Gördüyünüz kimi xəmirin həcmi 2 dəfə artır



Xəmiri eyni ölçüdə kündələrə bölmək və yumrulamaq



Hər bir topun üstünü çörək ovuntusuna bulamaq və siniyə yığmaq.



Yenə üstünü streç ilə örtüb, 20 dəq saxlamaq.



Sonra isə əvvəldən 190t isidilmiş sobada 20-25 dəq bişirmək.

Bloqda başqa çörək təriflərinə baxmaq üçün bura basın

Hiç yorum yok:

Yorum Gönder