Kərə yağlı və sarımsaqlı göbələk qızartması ( Garlic butter roasted mushrooms)


Göbələk sevənlər buyursun, sevməyənlər burnunu tutub qaçsın)))

Göbələk insanları iki cəbhəyə bölür - onu ya sevirlər, ya sevmirlər, orta məxrəc yoxdur. Onun spesifik qoxusu var, ki hər adam sinirə bilmir bu qoxunu.
Ancaq məncə göbələyi sevənlər çox şanslıdır -  o qədər dadlıdır ki !

Bu gün sizə ən bəsit bir tərif təqdim edirəm - Kərə yağında sarımsaq ilə qızardılmış gəbələk. Çox dadlı və doyumludur, ancaq bir məqama nəzərə çatdırıam - bu yeməyi bişirərkən ev-eşik, dünya-aləm sarımsaq və göbələk qoxacaq. Hətta ola bilsin bu qoxu kosmosa, aya, günəşədək gedib çatsın :)))

Kərə yağlı və sarımsaqlı göbələk qızartması üçün lazım olan ərzaqlar :
göbələk 400 qr
sarımsaq 1 diş
bitki yağı ( günəbaxan və ya zeytun yağı) 3-4 y.q.
ərinməmiş kərə yağı 1 y.q.
duz, istiot
keşniş

Грибы, жаренные в сливочном масле с шампиньонами 
Необходимые ингредиенты 
грибы 400 гр
чеснок 1 зубчик
растительное масло (оливковое или подсолнечное) 3-4 ст.л.
нетоплёное сливочное масло 1 ст.л.
соль и молотый перц
кинза


Əvvəl göbələkləri təmizləmək lazımdır. Əgər çox çirkli, torpaqlı deyillərsə, mən onları suyun altında yumuram (adətən marketdən alıram, orda da o qədər çirkli olmur).
Eləcə üst qabıq kimi olan hissəni bıçaq ilə soyuram, sanki incir soyduğumuz kimi.


Şəkildə necə təmizlədiyimi mərhələ ilə göstərirəm - əvvəl göbələyin "papağının" üst qabığını soyuram, sonra isə...


... "ayağının" qabığını bıçaq ilə yüngülcə qazıyıram.


Çox da nazik olmayan dilimlərə kəsirəm (çox nazik kəsəndə bişən zaman çox əzilir-büzülür.

Грибы очистить и нарезать на не очень тонкие слайсы.


Bir dilim sarımssağın qabığını soyub, xırda doğrayıram.

Измельчить зубчик чеснока.


Ön hazırlıq bitdi. Tavanı yanan ocağın üstünə qoymaq, isinməsini gözləmək. Elə ki isindi, onda 3-4 y.q. bitki yağ (mən zeytun yağdan istifadə etdim) tökün və 1 dəq isinməsini gözləyin.

İsinən yağa 1 y.q. kərə yağı (ərinməmişşşş) əlavə edin və yağın çırtıldayarağ əriməsini gözləyin.

Поставить сковороду на огонь, влить растительное масло и подождать минуту, пока оно не нагреется. Положить в нагретое масло столовую ложку сливочного  масла.


Bu zaman sarımsağı əlavə edin və orta atəş üstündə qarışdıraraq 1 dəq qovurun.

Как только сл. масло зашкворчит, положить измельчённый чеснок и обжарить на среднем огне в течении 1 минуты.


Sonra göbələkləri əlavə edin və atəşi biraz qaldıraraq başalyın qovurmağa. Ara-bir qarışdırmağı unutmayın. Qızartma əsnasında ola bilsin ki yağ çəkilsin, onda 2-3 qaşıq yağ əlavə edin ki, göbələklər quru-quru qızarmasın, yağın içində qızarsın.
Göbələklər əvvəl su verəcək, sonra isə suyu çəkiləcək və başalyacaqalar qızarmağa.

Далее добавить в сковороду грибы, прибавить огонь и периодически помешивая обжарить. Сначала грибы дадут сок, потом он выпарится и грибы начнут обжариваться в масле. Если будет необходимо, добавьте ещё пару ложек масла.


Göbələklər tam yağa düşəndən sonra duzunu və istiotunu vurun.

Когда грибы зарумянятся, посолить и поперчить по вкусу.


Ən axırda doğranmış keşnişi əlavə edin və isti-isti təqdim edin süfrəyə.

В самом конце добавить к грибам мелко шинкованную кинзу и сразу же подавать.

Hiç yorum yok:

Yorum Gönder