Qutab (Meat fried pies)


Sözsüz və şərhsiz )




Lazım olan ərzaqlar  :

Xəmir 
1stakan un
1çay qaşığı duz
2yemək qaşığı duru yağ
aldığı qədər su


Un, duz, su və duru yağdan yumuşaq yoğrulur. Xəmiri açmaq asan olsun diyə, 5 dəq üstünü örtüb saxlayın.


İçlik üçün   qoyun əti və soğanı ətçəkəndən çəkilir, duz, istiot və biraz su (2-3 y.q ) vurularaq, qarışdırırlır.
Qoyun əti yoxdursa, mal ətinə quyruq vura bilərsiz.



Xəmirdən kiçik kündələr qoparıb , oxloy ilə nazik açmaq.


Alınan yumru yuxanın bir hissəsinə əti nazık yaymaq.


Xəmiri bükmək, qıraqlarını çəngəl ilə möhkəm basmaq. Çalışın möhkəm basın, yoxsa qızardanda ətin suyu  yağa düşəcək və yağ aləmnən bir sıçrayacaq.


Beləcə bütün kündələri açıb, içliyi qoyub, bükün. Bükdüyünüz qutabları azacıq unlanmış masaya yığın ki, altı masaya yapışmasın.


Geniş tavaya yağ tökün və isinməyini gözləyin. Qutabları isti yağa salın, əvvəl bir üzünü qızardın, sonra ehtiyatla çevirib, o biri üzünü də qızardın.
Tavanın altı daim orta atəşdə yanmalıdır, çox qızğın olarsa, üstü tez qızaracaq, içinin əti çiy qalacaq. Çox zəif od olarsa, xəmir yağı canına çəkəcək.


Nar kimi qızarmış qutabları bir-bir tavadan çıxardıb yığın boşqaba. Üstünə sumax səpərək, süfrəyə təqdim edin.

3 yorum:

  1. Super. Eline sagliq. Chox dadli gorunurler

    YanıtlaSil
    Yanıtlar
    1. Çox sağ ol Aygün)

      Sil
  2. Bu yorum yazar tarafından silindi.

    YanıtlaSil