Toyuq şnitseli (Chicken schnitzel)


Bəsdir toyuq bozbaşı yediniz, biraz da avropeyski yeməklər bişirin))) Məsələn Toyuq şnitseli
Ümumiyyətlə çox asan yeməkdir, ilk dəfə bişirirsəniz əgər heç qorxmayın,biraz əliniz öyrəşəndən sonra əl çəkmiyəcəksiniz bu yeməkdən.
Doğrudan da toyuq bozbaşına,çığırtmasına nisbətən (onların da öz yeri var sözsüz ki) daha səliqəli görünüşü var. Həm doyuzdurucudur,həm yeyəndə əl-ayaq yağa bulanmır,bir sözlə kulturnu avropeyski bir yemək ! )))))


Lazım olan ərzaqlar :
toyuğun döş əti 200qr  ( 1 döş ət 2 nəfəri doyuzdurar məncə,ancaq o baxır ətin çəkisinə və yeyən adamın mədəsinin ölçüsünə:)))
2yumurta
yarım stakan qurudulmuş çörək ovuntusu
duz (mən istiot istifadə etmədim,ancaq onun yeri var)
qızartmaq üçün yağ
yeməyin yanına ya kartof qızartması,ya əzməsi, ya ürəyiniz çəkəndən))




 Döş ətini soyuducudan əvvəlcədən çıxardın,yəni bişirməzədən bir 20-30 dəq əvvəl. Əgər çox su veribsə (adətən dondurulmuş ət donu açılandaan sonra su verir ), onda mətbəx kağızının üstündə biraz saxlayın ki, artıq suyu çəkilsin.

Mən donmamış döş ət almışdım diyə, ət su verməmişdi.

Ət taxtasının üstünə qoyun və əvvəl döş ətinin qırağında kiçik bir tikə olur ha, onu kəsin.
Sonra sol əlinizi tam ətin üstünə qoyun və iti bıçaqla ortadan iki yerə bölün.Çalışın iki hissə də eyni ölçüdə alınsın (şəkildə görürsüz də məndə eyni ölçüdə alınmayıb, şəkil çəkirəm deyə gərək biyabır olaydım da, özgə vaxtı düppədüz olur ey :)))


Sonra bu alınan hissənin birini qoyun streç cığalanın arasına və ya oxloynan (mənim kimi) ya məs. kiçik tava ilə biraz əti "döyün",yəni nazildin.


Bax şəkildə gördüyünüz hala gəlməlidir ət.Nazik yastı ləpik daşı kimi. Ancaq çox da döyüb öldürməyin əti, yoxsa cırılacaq ))) Nəbilim, 4-5dəfə döysənizz əti,bəs edər.


Tavanı qoyun ocağın üstünı orta atəş üstündə isinsin.Sonra yağ tökün,qoy yağ da isinsin.

Əvvəldən 2 dərin və geniş boşqab götürün, birinin içinə 2yumurta qırıb çəngəl ilə çalın (yaxşıca duz da vurun), o biri boşqabın içinə isə qurudulmuş çörək ovuntusu tökün.


Demək indi isə tələsmədən təntimədən (ilk dəfə bişirənlər üçün deyirəm:))) döyülmüş əti əvvəl yumurtaya bulayın hər iki tərəfini, sonra çörək ovuntusuna.


Bunu bir də təkrarlıyın,yəni ovuntunun içindən çıxardıb salın yumurtanın içinə,sonra isə ovuntunun içinə.



Bax bu son halıdı ətin.Hər tərəfi ovuntuya bulanmış şəkildə.


İndi bunu qoyuruq isinmiş yağın içinə.Tava isit olmalıdır,amma day təndir kimi yox !
Tava soyuq olarsa, ət bütün yağı canına çəkəcək, çox qaynar olarsa, onda ət yanacaq, içi çiy qalacaq.
Orta od olmalıdır.


Hər iki tərəfini narrr kimi qızardın.Mən hətta ən son atəşi biraz da aşağı edirəm ki, ət yaxşı bişsin. Ancaq qorxuzu yoxdur,onsuzda əti elə nazik döymüşüq ki, pişməmək söhbəti ola bilməz !


Adətən mən əti bişirməzdən bir 5-10dəq qabaq başqa bir tavada kartof qızardıram) Qızardıqca yığıram onları boşqaba, toyuq da qızaranda yanına qoyuram və süfrəyə təqdim edirəm))


Yemək "boğmasın" diyə, yanında xiyardan - miyardan da verin :)))

Hiç yorum yok:

Yorum Gönder