Fokaçça (Focaccia)


İtalyan mətbəxindən Fokaçça.

Fokaçça italyan mətbəxinə aid bir çörək növüdür. Üstünə müxtəlif cür ərzaqlar düzmək olar : zeytun, motsarella pendiri, doğranmış reyhan, proşutto və s.

Fokaççanın xəmirini iki növ un ilə yoğurdum: buğda və qarğıdalı. Qarğıdalı unu çörəyi biraz xırt-xırtl edir və buda xoş olur.
Fokaçça

Xəmir üçün :
1stakan un
0,5stakan qardalı unu
0,5 stakan ilıq su
2y.q. zeytun yağı
1-2cimdik duz
0,5 ç.q şəkər tozu
0;5 ç.q. quru maya

Üstü üçün
Çerri pomidor 3-4
Zeytun yağı 1y.q.
Balzamık sirkə 1y.q.
Sarımsag 1-2 diş
Duz, istiot
İtalyan ot qarışığı
1.Öncə ilıq suyun içinə şəkəri və mayanı əlavə edin, qarışdırın. 5-10 dəq gözləyin ki, maya galxsın.
2.Qabın içinə hər iki un növünü ələyin, ortasında çuxur açın və zeytun yağını əlavə edin. Sonra mayalı suyu az-az tökərək, çox yumuşaq, ələ yapışmayan xəmir yoğurun. Xəmir çox sərt olmamalıdır.
3. Xəmirin üstünə bez örtüb, qoyun bir kənarda 1 saat qalsın.
4. Pomidoru xırda doğrayın, sarımsağı lap xırda doğrayın, duz, istiot, qurudulmuş italyan ot qarışımından səpin, üstünə zeytun yağı və balzamik sirkə gəzdirib, qarışdırın.Onu deyim ki, elə bu məqamda alınan pomidor salatı çox dadlı olur)).
5. Mayalanmış xəmiri əllərinizlə yastılayın və yumru, nazik bir köppəcə şəklinə gətirin. Mən diiqətsizlik elədim və qalın yaydım, biraz nazik olsaydı daha yaxşı olardı))


Üstünə pomidorları səpin, tam qıraqlara çıxmadan və isti sobaya göndərin. 200t 15-20dəq bişirin.

Qeyd : mən iki səhvə yol verdim fokaççanı bişirəndə. Birinci ondan ibarətdir ki, xəmiri qalın elədim, biraz da nazik yaysaydım, daha xoş olardı. Biraz,amma lap yuxa kimi nazikdə deyil)).
İkinci səhvim odur ki, pomidorları biraz (elə biraz biraz səhvlər işləri korlayır)) iri doğradım, gərək daha da xırda, hətta lap xırda edərdim.
Ümumiyətlə,çerri pomidor olsaydı daha yaxşı nəticə alınardı (mən adi, böyük pomidor götürdüm, sadəcə ərindim marketə düşməyə)
Bloqumda müxtəlif cür çörək tərifləri var, onlara baxmaq istəsəniz, bura keçin))

Hiç yorum yok:

Yorum Gönder